Məşhur aparıcı rəzil oldu: Dubaya gedərkən çantasından elə şey tapıldı ki... - FOTOlar

14 Dekabr 2021 11:32

Böyük Britaniyanın məşhur televiziya aparıcısı Şarlotte Krozbi nəzarətə götürülüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Dubay hava limanında baş verib. Məlumata görə, məşhur aparıcının çantasında cinsi yaxınlıq zamanı istifadə edilən vasitələr tapılıb. Məşhur aparıcı məhz buna görə saxlanılıb. Bildirilir ki, belə vasitələrin Birləşmiş Ərəb Əmirliklərinə daşınması qadağandır.

Məlumata görə, aparıcının rəfiqəsinin israrlı xahişlərindən sonra o sərbəst buraxılaraq ölkəyə girişinə icazə verilib. Lakin çantada tapılan vasitələrin daşınmasına icazə verilməyib.

Milli.Az