Prezidentliyə namizəd İrəvandan Türkiyəyə “meydan oxudu”

14 Dekabr 2021 16:00

Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfər edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində paylaşım edib.

Türkiyə-Ermənistan sərhədində - Ağrı dağı fonunda foto çəkdirən Zemmur paylaşımında bu sözləri yazıb:

"Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? - red.) olublar".

Qeyd edək ki, fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini "müqavimət nümunəsi" kimi təqdim etməsi Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır.

Milli.Az