ABŞ Şərqi Avropaya qoşun göndərməyi planlaşdırır

14 Dekabr 2021 12:48

Ağ Ev Ukrayna ilə bağlı vəziyyətin gərginləşəcəyi təqdirdə Şərqi Avropaya qoşun göndərməyi planlaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

"2014-cü ilə nəzər salsanız, NATO-nun bir çox tərəfdaş ölkələri dəstək, hərbi mövcudluğun artırılması və ya əlavə rotasiya qaydasında qoşunların yerləşdirilməsini istəyiblər. Əgər Rusiya Ukraynaya daxil olmağa qərar verərsə, bu imkan masadadır", - Psaki qeyd edib.

Milli.Az