Aktrisa formada qalmaq üçün bunları edir

14 Dekabr 2021 10:24

Türkiyəli aktrisa Begüm Kütük qüsursuz bədən formasının sirrini açıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa sağlam qidalandığını və həftədə 3 gün idmanla məşğul olduğunu bildirib:

"Bir gün ağırlıqlarla, 1 gün pilateslə məşğul oluram. Qalan günlər isə boksa gedirəm".

Qeyd edək ki, Kütük sonuncu dəfə "Kaderimin yazıldığı gün" serialında rol alıb.

Milli.Az