“Azərbaycan qalib olacaq” - Nigar

14 Dekabr 2021 09:00

Müğənni Nigar Camal Uşaq Avroviziya-2021 təmsilçimizə dəstək nümayiş etdirib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, məşhur müğənni Sona Əzizovanın çıxışını rəsmi instaqram hesabında paylaşıb. O, mahnını və Sonanı çox bəyəndiyini söyləyib:

"İlk dəfədir ki, "Junior Eurovision" təmsilçimizi və mahnımızı çox bəyənirəm. Uğurlar sənə. İnşallah qalib olacaq".

Qeyd edək ki, Uşaq Avroviziya - 2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransada keçiriləcək. 

Milli.Az