Məşhur türkiyəli müğənni qəzaya düşdü, sevgilisi öldü - VİDEO

14 Dekabr 2021 08:02

Tanınmış türkiyəli müğənni Gülçin Ergülün olduğu maşın ağır qəzaya uğrayıb.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Balıkesirdə iş adamı olan sevgilisi Erdal Şeyda Lafçının sürdüyü maşında qəzaya düşüb.

Bildirilib ki, müğənni və iş adamının olduğu maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb.

İş adamı hadisə yerində həyatını itirib. Müğənni isə yaralanıb.

Gülçin Ergül Balıkesir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

Milli.Az