Gürcüstan “3+3” formatının Moskva görüşünə etiraz etdi

14 Dekabr 2021 08:18

"Gürcüstanın iştirak etmədiyi 3+3 regional əməkdaşlıq platformasının Moskvada keçirilən ilk iclasında Gürcüstan bayrağının nümayiş etdirilməsi Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) üçün qəbuledilməzdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, Gürcüstan bir daha "3+3" formatında iştirak etməyəcəyini bəyan edir:

"Bayrağımızın nümayişi ilə bağlı isə müvafiq diplomatik kanallar vasitəsilə müraciət edilib".

Xatırladaq ki, dekabrın 10-da Rusiya paytaxtında keçirilən "3+3" regional formatında ilk iclasda Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistan nümayəndə heyətləri iştirak edib.

Milli.Az