Kürdəmirdə qardaş qardaşı bıçaqlayıb

14 Dekabr 2021 08:08

Kürdəmirdə qardaşlar arasında yaranan mübahisə qanla bitib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Kənd sakini, 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu qardaşı 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğluna aralarında yaranmış şəxsi münaqişə zəminində bir neçə bıçaq xəsarəti yetirib. Ağır xəsarət alan Mübariz Şıxəliyev Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az