Solovyov dünyasını dəyişdi

13 Dekabr 2021 21:59

Tanınmış sovet və Rusiya rejissoru və aktyoru, Xalq artisti Sergey Solovyov 77 yaşında dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Solovyov 1944-cü ildə Kem şəhərində anadan olub. Rejissor kimi ilk debütünü 1969-cu ildə "Mosfilm"də edib.

O, "Uşaqlıqdan yüz gün sonra", "Düz xətdə varis", "Assa" filmləri ilə məşhurdur. 

Milli.Az