Daha bir ölkədə “Omikron” aşkarlandı

13 Dekabr 2021 21:50

Macarıstanda koronavirusun "Omikron" ştamına yoluxma aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Macarıstanın səhiyyə xidmətləri müdiri Sesilia Müller M1 televiziyasına açıqlamasında deyib.

O bildirib ki, ölkədə iki nəfərdə bu ştam müəyyənləşdirilib.

Müllerin sözlərinə görə, xəstələrdən biri yüngül simptomlar göstərir, digərinin müalicəsi isə xəstəxanada davam etdirilir.

Milli.Az