Ərdoğan lirəyə görə bu rəsmiləri yanına çağırdı - Diqqət saat 16:00-a yönəlib

13 Dekabr 2021 15:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət banklarının rəhbərləri və Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu ilə görüşəcək.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb. Mənbə yazır ki, maliyyə naziri Nureddin Nebatinin də yığıncağa qatılması nəzərdə tutulur. Yığıncağın Bakı vaxtı ilə saat 16:00-da keçiriləcəyi deyilir.

Qeyd edək ki, bu gün 1 dolların lirəyə olan məzənnəsi rekord həddə - 14,75 səviyyəsinə çatıb.

Milli.Az