"Yeniyetmə paltarında nənə" - 72 yaşlı SSRİ xalq artistinin geyimi qəzəb doğurdu - FOTO

14 Dekabr 2021 01:33

Müğənni Alla Puqaçovanın fotoları pərəstişkarlarını təəccübləndirib.

Milli.Az xəbər verir ki, müvafiq şəkil və şərhlər rusiyalı teleaparıcı və komediya ustası Maksim Qalkinin İnstaqram səhifəsində yer alıb. 72 yaşlı məşhurla bağlı əri Maksim Qalkin "Aloçka şəkil çəkdirməyi sevmir, amma boş yerə! çətinliklə inandırdım!" yazıb.

İnternet istifadəçiləri şərhlərdə ifaçının xarici görünüşünü müzakirə etməyə başlayıblar. Çoxları Puqaçovanın yaşına uyğun geyinmədiyini yazıb. "Bəsdir, sən gənc ola bilməzsən. "Yeniyetmə paltarında nənə" deyə qəzəbli fomada yazıblar.

Anar Əli
Milli.Az