ABŞ-da “Omikron”a yoluxanların əksəriyyəti tam peyvənd olunub

13 Dekabr 2021 17:42

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusun "Omikron" ştammı ilə yoluxmuş vətəndaşların əksəriyyətinin tam peyvənd olunduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, CDC qeyd edilib ki, yeni ştama yoluxma hallarının 43-dən 34-də xəstələr COVID-19-a qarşı tam vaksinasiya olunub.

CDC, həmçinin əlavə edib ki, yoluxanların əksəriyyətində öskürək, burun tutulması və yorğunluq kimi yüngül simptomlar müşahidə olunur.

Qeyd edək ki, koronavirusun B.1.1.529 ("Omikron") variantı noyabrın 11-də Cənubi Afrikada aşkar edilib.

Milli.Az