İstanbulun Bəyoğlu rayonunda antikovid tədbirlərinə qarşı aksiya keçirilib.
Aksiya iştirakçıları koronavirusa qarşı peyvənd, maska, QR kod kimi məhdudlaşdırıcı tədbirlərə etiraz ediblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar həmçinin PCR teslərlə səyahət azadlıqlarının məhdudlaşdırıldığını bildiriblər.
Etirazçıların adından Erkan Trükten mətbuata açıqlama verib. O, məhdudiyyətlər səbəbindən şəhərlər arasında adi nəqliyyatla səyahət edə bilmədiklərini və bu məqsədlə dəvələrdən istifadə edəcəklərini diqqətə çatdırıb.
Etirazçılar arasında nəqliyyat vasitəsi kimi eşşəkdən istifadə edən də olub.
Milli.Az