Yarım milyarddan çox insanı bəla gözləyir - ÜST-dən xəbərdarlıq

13 Dekabr 2021 18:24

Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən ifrat yoxsulluğa düçar ola bilər.

Bu barədə bazar günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 12 dekabr Beynəlxalq Sağlamlıq Günü münasibətilə dərc edilən hesabatda pandemiyanın yoxsulluğun artması və gəlirlərin azalmasına səbəb olduğu bildirilib.

Hesabat müəlliflərinin fikrincə, belə şəraitdə dövlətlər səhiyyə və sosial dəstək üçün xərclərini artırmalı, əsas diqqəti ilkin tibbi yardım sisteminə yönəltməlidir.

Milli.Az