Omikron İngiltərədə 75 min nəfəri öldürəcək - Hesabat

12 Dekabr 2021 17:07

Koronavirusun Omikron ştammının yayılması 2021-ci ilin yanvar ayı ilə müqayisədə yoluxmaların və xəstəxanaya yerləşdirilənlərin sayının artmasına səbəb ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Londonun Gigiyena və Tropik Tibb Məktəbinin hesabatında qeyd olunub.

Ən optimist ssenariyə görə, 1 dekabr-30 aprel tarixləri arasında xəstəxanaya yerləşdirilənlərin sayı 175 minə çatacaq. Onlardan 25 mini isə öləcək.

Pessimist ssenariyə görə isə həkimlərə müraciətlərin sayı 2021-ci ilin yanvar ayının göstəricilərini iki dəfə üstələyə bilər. Xəstəxanalara yerləşdirilənlərin sayı 492 min olacaq ki, onların da 75 mini öləcək.

Milli.Az