Daha bir ölkədə məhdudiyyətlərə qarşı aksiya - VİDEO

12 Dekabr 2021 09:42

Lüksemburqda koronavirus pandemiyasına görə yeni məhdudiyyətlərin tətbiqi etirazla qarşılanıb.

Yüzlərlə insan hersoqluğun mərkəzində "vaksinə yox", "azadlıq" şüarları səsləndiriblər.

Polis aksiyaya dəyənəklərlə və təzyiqli su şırnağı ilə müdaxilə edib. Saxlananların dəqiq sayı məlum deyil. 4 dekabrdakı aksiyalar kütləvi iğtişaşa çevrildiyi üçün hersoqluq bu dəfə qonşu Belçika polisindən kömək istəyib.

Milli.Az