Bakıda kişi meyiti aşkarlanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 45-50 yaşlı Qalib adlı şəxs (soyadı dəqiqləşdirilir-red) huşsuz halda aşkarlanıb. Əraziyə təcili yardım əraziyə çağırılıb. Lakin təcili tibbi yardım briqadası həkimlərinin müayinəsi zamanı onun öldüyü aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Milli.Az