Bakıda mənzildə meyit aşkarlandı

11 Dekabr 2021 21:37

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Bondarenko Tatyana Kirillovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az