İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 380 km cənub-şərqdə olub.
Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.
Milli.Az