Bakıda yaşayış binasında yanğın olub

11 Dekabr 2021 19:36

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az