"Çelsi"dən "Real"a?

11 Dekabr 2021 17:42

"Real" "Çelsi"nin futbolçusu Antonio Rüdigerin transferi etmək üçün israrlıdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid təmsilçisi müdafiəçini qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. "Kral klubu" futbolçunun "zadəganlar"la müqaviləsini yeniləməyinə mane olmağı planlaşdırır.

Qeyd edək ki, Antonio Rüdigerin "Çelsi" ilə sözləşməsi mövsümün sonuna qədərdir.

Milli.Az