Avtobusunun şüşəsini sındıran motosiklet sürücüsü saxlanılıb

11 Dekabr 2021 15:18

Bakıda şəhərində marşrut xətt avtobusunun şüşəsi sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dekabrın 8-də saat 21 radələrində rayon ərazisində BMW markalı motosikletin sürücüsünün xuliqanlıq zəminində "Isuzu" markalı xətt avtobusunun alın şüşəsini dəmir parçası ilə sındırması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini R. Əmrahlı müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az