Adətən insanlar sinə ilə nəfəs alır. Bunu yoxlamaq üçün əllərin birini sinəyə, o birini qarının yuxarı hissəsinə (diafraqmaya) qoyun və güzgünün qarşısında durun.
Nəfəs aldıqda hansı əlin yuxarı qalxdığına fikir verin. Adətən bu sinəyə qoyulan əl olur. Beləliklə, siz sinə ilə nəfəs alırsınız.
Mütəxəssislər belə nəfəsalmanı yanlış və sağlamlıq üçün faydalı olmayan hesab edir.
Əksinə isə qarnın yuxarı hissəsi ilə (diafraqma ilə) nəfəsalma düzgün və sağlam sayılır. Belə nəfəsalmanın faydaları arasında:
- həzm prosesləri yaxşılaşır
- bərpa və regenerasiya prosesləri sürətlənir
- yuxu yaxşılaşır, stress azalır, diqqət artır
- cinsiyyət funksiyaları yaxşılaşır
- ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir
- arterial təzyiqi və nəbzi normallaşdırır
- immunitetin möhkəmlənməsinə kömək edir.
Diafraqma ilə nəfəs almağa çalışın. Bir neçə müddət ərzində siz buna asanlıqla öyrəşəcəksiniz.
Milli.Az