Fransadan Yunanıstana şok məbləğdə yardım

5 May 2010 09:18
Mayın 4-də ölkənin aşağı palatası Milli Assambleyada çıxılmaz vəziyyətlə üzləşmiş Yunanstana yardım məsələsi müzakirə olunarkən deputatların əksəriyyəti ona 16,8 milyard avro ayrılmasını yekdilliklə qərara alıblar.

Vəsaitin 2010-cu ildən başlayaraq 3 il ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Bu barədə iqtisadiyyat naziri xanım Kristin Laqard məlumat verib.

Nazir bildirib ki, Milli Assambleyanın qəbul etdiyi bu qərar yuxarı palatada qəbul olunarsa, yardımın ilkin olaraq 3,9 milyardı bu yaxınlarda Afinaya çatdırılacaq.

/AzərTAc/