“Qalatasaray” 3 futbolçunu göndərir, 2-sini transfer edir

11 Dekabr 2021 15:54

"Qalatasaray" qış "transfer pəncərəsi"ndə yola salacağı və heyətinə qatacağı futbolçuları müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 3 oyunçusu ilə vidalaşmağı planlaşdırır.

Bunlar yarımmüdafiəçilər Qustavo Assunsao, Sofian Fequli və hücumçu Rayan Babeldir. Baş məşqçi Fatih Terim rəhbərliyə yüksək ödənişli olan hər üç oyunçudan qurtulmağı tapşırıb. Əvəzində "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandeş və "Bode-Qlimt"in hücumçusu Ola Solbakkenin transferi üçün danışıqlara başlanılıb.

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinə yüksələn "Qalatasaray" Türkiyə Super Liqasında 7-ci pillədə qərarlaşır.

Milli.Az