ABŞ-da tornado qocalar evini uçurdu, ölənlər var - VİDEO

11 Dekabr 2021 14:12

ABŞ-ın Arkanzas ştatında tornado qocalar evinin uçmasına səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qocalar evinin bir hissəsinin uçması nəticəsində 2 nəfər həlak olub.

Daha 20 nəfər isə hələ də dağıntılar altındadır. Bununla yanaşı, 5 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat açıqlanmayıb.

Hazırda hadisə yerində fövqəladə xidmətlər çalışır.

Milli.Az