4 həndbolçu İspaniyada yoxa çıxdı

11 Dekabr 2021 12:24

Kamerun yığmasının 4 həndbolçusu İspaniyada keçirilən dünya çempionatında yoxa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, onlar Ameli Sevani Mvua, Appolin Mişel Abena Ekobena, Yasmin Yotçum və Jodel Klaris Macufandır.

Adıçəkilən həndbolçular komandanın məskunlaşdığı oteldə koronavirus testinə yollanmayıblar. Onlar sonuncu dəfə dekabrın 8-də taksiyə minərkən görünüblər.

Qeyd edək ki, Kamerun seçməsi dekabrın 3-də Rusiyaya 18:40 hesabı ilə məğlub olub. Öz qrupunda xal qazana bilməyən Afrika təmsilçisi sonuncu yeri tutub.

Milli.Az