Ermənistanda hərbi hissədə atışma - Ölən və yaralananlar var

11 Dekabr 2021 10:10

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Milli.Az