"Traktor" uduzdu

11 Dekabr 2021 08:27

İran çempionatında 9-cu turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu turda  səfərdə "Mes Rafsancan"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor" 9 turdan sonra 8 xalla 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Milli.Az