Nyu-Yorkda maska məcburiyyəti geri qaytarıldı

11 Dekabr 2021 08:58

ABŞ-da koronavirusa yoluxmanın artmağa başlaması ilə Nyu-Yorkda vaksin kartı tələb edilməyən qapalı məkanlarda maska taxmaq məcburiyyəti geri gətirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Nyu-York qubernatoru Keti Hoçul açıqlayıb.

"Bir qeyri-müəyyənlik dönəminə giririk. Ya sabitliyi qoruyarıq, ya da yoluxma nəzarətdən çıxar", - o qeyd edib.

Vurğulanıb ki, maska qaydasını pozanları 1000 dollara qədər cərimələnəcək.

Milli.Az