Britaniyada son sutkada koronavirusdan 120 nəfər həyatını itirib

10 Dekabr 2021 23:25

Böyük Britaniyada son sutka ərzində 58 194 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 719 165 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 120 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 255 nəfərə çatıb.

Milli.Az