Rusiya və Türkiyənin xarici işlər nazirinin müavinləri Qarabağı müzakirə ediblər

10 Dekabr 2021 23:00

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, görüşdə nazir müavinləri BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Suriya, Liviya və Qarabağ müzakirə edilib.

Milli.Az