Rusiyada təyyarə sərnişinin özünü pis hiss etməsi səbəbindən məcburi eniş edib

10 Dekabr 2021 22:30

Rusiyada Salexarddan Moskvaya uçan təyyarə məcburi eniş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1992-ci il təvəllüdlü kişinin özünü pis hiss etməsi olub.

Ekipaj komandiri Sıktıvkar hava limanına məcburi eniş etmək qərarına gəlib.

Hava limanına gələn həkim briqadası xəstənin həyatını xilas edə bilməyib.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Milli.Az