Azərbaycanda turizmlə bağlı yeni cərimə müəyyən edilir

10 Dekabr 2021 19:32

Azərbaycanda turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni cərimə müəyyən edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Milli.Az