ARB “Xəzər”i keçdi - Reytinq savaşı

10 Dekabr 2021 20:42

Azərbaycanda televiziyaların reytinq göstəricilərində dəyişiklik olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, əvvəllər birinci ATV, ikinci Xəzər TV, üçüncü ARB olduğu halda, hazırda sıralamada yerdəyişmə olub.  Belə ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ARB TV-yə keçdikdən sonra sözügedən kanal irəliləyib və siyahıda 2-ci olub.

Məlumatı aparıcı Turan İbrahimov sosial şəbəkədə yayıb. Turan qeyd edib ki, reytinq göstəricilərinə "Səni axtarıram" proqramının təsiri olub.

Milli.Az