Davudoğlu Kiyevə gedir
5 May 2010 09:02
Bu barədə Ukrayna XİN-in mətbuat xidmətindən bildiriblər.
Səfər proqramında Türkiyə xarici siyasət idarəsi başçısının Ukrayna ali rəhbərliyi ilə görüşlər keçirmək, Ukrayna xarici işlər naziri Konstantin Qrişenko ilə danışıqlar aparmaq, habelə Krım Muxtar Vilayətinə səfəri nəzərdə tutulub.
Danışılqların yekunlarına əsasən, tərəflər 2010-2011-ci illərdə ikitərəfli münasibətlərin inkişafını nəzərdə tutan "Yol xəritəsi"ni imzalayacaq, Kiyevlə Ankara arasındakı qarşılıqlı münasibətləri yaxın perspektivdə strateji tərəfdaşlıq səviyyəsinə çıxarmaq məqsədi ilə siyasi dialoqun inkişafı istiqamətində atılacaq əməli addımları müəyyənləşdirəcəklər.
/AzərTAc/