Qanda xolesterini salan ən yaxşı şorba AÇIQLANDI

12 Dekabr 2021 21:40

Qanda xolesterinin artması ürək-damar sistemi üçün təhlükəlidir. Onu azaltmaq üçün idman, gəzinti, bol maye və xüsusi dərmanlar lazımdır. Amma bəzi qidalar da buna kömək edir.

Milli.Az xəbər verir ki, amerikalı dietoloq Loren Manaker xolesterinin səviyyəsini salan ən yaxşı şorbanı açıqlayıb. Bu, hamının tanıdığı mərci şorbasıdır.

Evdə hazırlanmış mərci şorbası kaliylə zəngindir, orqanizmdə natriyin səviyyəsiyini tənzimləyir, lifli qidadır.

Amma mərci şorbasında ət olmamalıdır.

Əksinə digər başqa tərəvəzlər əlavə olunmalıdır. /medicina.az

Milli.Az