Elza Seyidcahan qiymət artımı haqda: Bahalaşsın da, bu günədək acından ölən eşitmisiniz? - VİDEO

10 Dekabr 2021 14:40

"İnanırsınız ki, qiymət artımlarının heç birindən nə xəbərdaram, nə də mənə təsir etmir. Ona görə yox ki, mən varlıyam, mən zəhmətkeşəm".

Milli.Az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan Əməkdar artist Elza Seyidcahan bildirib.

O əlavə edib ki, dövlətin qanunlarının hər birinə böyük hörmətlə yanaşmaq lazımdır: "Qaz, işıq, su, ət, toyuq bahalaşsın da. Bu günə kimi acından ölən eşitmisiniz?"

Milli.Az