Həyatını riskə atıb avtomobilini alovun içindən çıxardı - ANBAAN VİDEO

10 Dekabr 2021 13:52

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda güclü yanğın olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, yaşayış evində başlayan yanğın sürətlə yayılaraq ətrafdakı evlərə və yol kənarında dayanan avtomobillərə ciddi təhlükə törədib.

Minik avtomobillərindən birinin sürücüsü həyatını riskə ataraq son anda nəqliyyat vasitəsini təhlükəli ərazidən uzaqlaşdıra bilib.

Hadisə anbaan orada olan sakinlərdən biri tərəfindən çəkilib və ictimailəşdirilib.

Milli.Az