Bələdiyyə sədri qar yağmasını qadağan etdi - RƏSMİ QƏRAR

10 Dekabr 2021 11:40

Fransanın En departamentindəki Sedron kommunasının bələdiyyə sədri problemdən maraqlı çıxış yolu tapıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 800 nəfər əhalisi olan kommunada həddən artıq qar yağıb.

Qar hərəkəti çətinləşdirib, kommunal xidmətlərdə ciddi ləngimə yaranıb. Bələdiyyənin balansındakı yeganə traktorun mühərrikinin sıradan çıxması ilə iş lap çətinləşib. Bələdiyyə sədri isə çıxış yolu kimi kommunaya qar yağmasını qadağan edib.

Bələdiyyənin rəsmi sənədində qarın strukturu təsvir edilir, onun əriyərək insanları islatdığı göstərilir.

Bu yarızarafat qərardan sonra imkanlı şəxslər bələdiyyəyə texnikanın icarəyə götürülməsi üçün kömək edib. Sədr isə bütün Fransada məşhurlaşıb.

Milli.Az