Putindən şok: Ruslara qarşı soyqırım həyata keçirilir

10 Dekabr 2021 10:46

Ukraynanın cənub-şərqində hazırki situasiya soyqırımı xatırladır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Rusofobiya haqqında danışanda birinci olaraq soyqırımı qeyd etməliyik. Donbasda indi baş verənləri yaxşı görürük və bilirik. Bunlar soyqırımı xatırladır. Burada ehtiyatla hərəkət etmək lazımdır ki, bu anlayışlar mahiyyətini itirməsin. Gəlin, düşünək", - deyə Kreml rəhbəri bildirib.

Milli.Az