Yaponiyalı elm adamları yeni "omikron" koronavirus ştamının "delta" variantından 4 dəfə daha sürətli yayıldığını aşkar ediblər.
Milli.Az Report-a istinadən bildirir ki, bu barədə "Bloomberg" xəbər verib.
Tədqiqatın obyekti Cənubi Afrika Respublikasının şimalındakı Qauteng əyalətinin sakinlərindən götürülmüş "omikron" olub. Mütəxəssislər belə qənaətə gəliblər ki, insanlar SARS-CoV-2-nin yeni variantına asanlıqla yoluxurlar və patogen özü immun hüceyrələrdən qaçır - həm peyvənddən sonra inkişaf edir, həm də COVID-19 nəticəsində əmələ gəlir.
Bununla belə, xəstəxanaya yerləşdirilən koronavirus infeksiyasına yoluxmuş "omikron" daşıyıcılarının sayı azdır.
Milli.Az