Yaşlı sürücü avtomobili bağça uşaqlarının üstünə sürüb: Onlarla xəsarət alan var

10 Dekabr 2021 10:28

Yaponiyanın Hiqasiura şəhərində avtomobil bir neçə bağça uşağını vurub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində azı 10 azyaşlı xəsarət alıb.

Xəsarət alan uşaqlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların ciddi xəsarət almadığı bildirilir. 

Qəzanı törədən 70-80 yaş aralığında olan sürücü də xəstəxanaya yerləşdirilib.

Onun özünü pis hiss etdiyi və yol-nəqliyyat hadisəsinin də məhz bu səbəbdən meydana gəldiyi qeyd olunur. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Milli.Az