Gənc oğlanı maşın vurub öldürdü
5 May 2010 01:32
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə bu gün saat 23:00 radələrində Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən 10 AZ 858 dövlət nömrə nişanlı "Nissan-Pathfainder" markalı minik maşını yolu keçmək istəyən 15 yaşlı oğlanı vurub.
Yaralı ağır vəziyyətdə Su Tikinti Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az