"Qarabağ"ın təmiz qolu qeydə alınmadı

10 Dekabr 2021 00:35

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda yeni başlayan "Bazel" - "Qarabağ" oyununda Ağdam klubunun təmiz qolu qeydə alınmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün 2-ci dəqiqəsində Abdulla Zubirin vurduğu zərbə qapı xəttini  1 metrə yaxın keçib. Buna baxmayaraq,  baş hakim  Fran Yoviç (Xorvatiya) qolu  qeydə almayıb. Baş verənlərdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4-cü hakim  İvana Martinçiçə etirazını bildirib.

Milli.Az