Azərbaycanlı deputatın mindiyi təyyarədə NASAZLIQ YARANDI

9 Dekabr 2021 23:22

Milli Məclisin deputatı Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq yaranıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə deputat məlumat verib.

Vüqar Bayramov qeyd edib ki, təyyarə bu gün Türkiyə saatı ilə saat 16.20-də İstanbuldan Milan şəhərinə uçmalı idi:

"Təyyarəyə minik bitdikdən sonra motor çalışmaları başladı, amma uçuşa başlarkən təyyarədə texniki problemlərin olduğu bəlli oldu. Uçuş xəttində olan təyyarə texniki xidmət bölümünə aparıldı. 2 saatlıq yubanma ilə texniki baxışdan sonra təyyarə havaya qalxa bildi. Hazırda TK 1875 saylı reys ilə Milana doğru uçuş həyata keçirilir".

Milli.Az