Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib

9 Dekabr 2021 23:14

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Milli.Az