Hindistanın məşhur aktrisası Katrina Kaif aktyor Viki Kauşalla ailə qurub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlüyün toyu Rəcəstanda baş tutub. Onlar məşhur otellərin birində 42 nömrə bron ediblər. Katrina ilə özündən 5 yaş kiçik həyat yoldaşı Viki 2019-cu ildən birlikdədilər.
Kaif toyundan fotolar paylaşaraq yazıb: "Bizi bu ana gətirən hər şeyə görə yalnız sevgi və minnətdarlıq duyuruq. Bu yeni səyahətə birlikdə başlayarkən sevginizi və xeyir-duanızı diləyirik".
Milli.Az