Gürcüstanın səhiyyə naziri istefa verdi

9 Dekabr 2021 21:47

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib. Bu barədə o, keçirdiyi xüsusi brifinqdə deyib.

E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.

Milli.Az